Yuxarı

Dünyanı heyrətə salan qulaqcıq kəşf edildi - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya dillərini anındaca tərcümə edən qurğu kəşf edilib.

Axar.az xəbər verir ki, yeni qurğu qulaqcıq şəklindədir və sizinlə danışanın dilini canlı olaraq, sinxron tərcümə edir. Qurğunun kəşfi bu cür yaranıb:

"Ayndayqoqo" (Indiegogo) kompaniyasının yaradıcısı və rəhbəri Endryu Oçoa bir dəfə ingiliscə bilməyən fransız qızla görüşüb. Bu romantik görüşdə yaranan çətinlik sayəsində də Pilot portativ qulaqcıqları kəşf olunub.

Qurğu belə çalışır: həmsöhbətiniz sizinlə fransızca danışırsa, siz onun danışığını öz ana dilinizdə eşidirsiniz. O isə öz növbəsində sizin danışıqlarınızı öz dilində eşidir.

Pilot qurğusu dəstinə iki ədəd qulaqcıq (biri həmsöhbətiniz üçün), portativ enerji qurğusu və smartfonar üçün proqram daxildir.

Qurğu fransız, ingilis, italyan və ispan dillərini dəstəkləyir. Hazırda kompaniya gələcəkdə başqa dünya dillərinin də lüğətə daxil edilməsi üzərində çalışır.

Qulaqcıqlardan böyük kompaniyalarda da istifadə etmək mümkündür. İştirakçılar bir neçə müxtəlif dildə danışsa belə, hər kəs danışıqları yalnız öz dilində eşidir.

Qurğunun menyüsünə bir neçə məşhur mahnı da daxil edilib.

Tarix
2016.11.23 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla