Yuxarı

NAZ-ın direktoru: “Maşınları sata bilmirik”

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehsal edilən 270 avtomobilin təxminən 60 faizini realizə edə bilmişik. Təəssüf ki, 40 faizi hələ satılmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev Modern.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, hər şey nəzərdə tutulduğu kimi olmayıb:

“Əslində biz hər şeyi başqa cür planlaşdırmışdıq. Ancaq bizdən asılı olmayan səbəblər ucbatından hadisələr başqa cür cərəyan elədi. İstənilən halda, dünya və yaxın qonşu ölkələrdə baş verən prosesləri nəzərə alsaq, cərəyan edən hadisələrin nədən ibarət olduğunu müzakirə etsək, ümumilikdə mənzərə pis olmadı.

Planlaşdırmışdıq ki, bu il satış həcmini artıraq. İstehsalı heç olmasa, əvvəlki il səviyyəsinə gətirib çatdırmaq istəyirdik. Amma təəssüflər olsun ki, bu yaranan vəziyyət imkan vermədi ki, qarşıya qoyulan məqsədə nail olaq”.

Bu il cəmi 270 ədəd avtomobil istehsal etdiklərini deyən M.Abdullayev avtomobillərin 40%-nin satılmadığını bildirib:

“2016-cı ildə 1200 avtomobil istehsal etməyi düşünürdük. Amma rəqəm 270-ə düşdü. Təəssüflər olsun ki, hələ istehsal edilən 270 avtomobilin 40 faizi satılmayıb.

Avtomobil satışının aşağı düşməsi yalnız bizim zavoddan qaynaqlanmır. Bu ümumi avtomobil bazarında olan problemdir. İnsanların vəziyyəti gərgin olanda kreditlərin qaytarılmasında da müəyyən gecikmələr yaşanır. Ona görə banklar da krediti çox ehtiyatla verirlər.

140 ədəd avtomobili dövlət sifariş vermişdi. Qalan 130 avtomobili isə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün gətirmişdik. Mən elə düşünürəm ki, böhran vəziyyətinin yaranması ilə əlaqədar onların da büdcəsində müəyyən kəsirlər yarandı. Bu səbəbdən də həmin avtomobilləri ala bilmədilər.

Hazırda sifarişimiz yoxdur. Amma buna baxmayaraq, zavodun fəaliyyətini dayandırmaq fikrimiz yoxdur. Hazırda sifariş almasaq da, Çinin avtomobil zavoduna 80 ədəd avtomobil sifariş vermişik. Həmin avtomobillər növbəti il fevral ayında Azərbaycanda olacaq. Məqsəd ondan ibarətdir ki, zavod dayanmamalıdır, fəaliyyət göstərməlidir. Çünki burda insanlar çalışır. Onlar işsiz qalmamalıdır. Hətta müəyyən məqamlarda ziyana işləsək belə, fəaliyyətimizi dayandırmaq fikrimiz yoxdur. Həm də düşünürük ki, bu çətinliklər müvəqqətidir”.

Hazırda zavodda 50 nəfər işçi çalışdığını deyən zavod rəhbəri onların maaşının vaxtlı-vaxtında verildiyini deyib:

“Bizdə hər ayın 1-də işçilər öz maaşlarını alırlar. Ola bilər ki, ayın 1-i bazar yaxud bayram gününə düşsün. Yalnız bu halda 1-2 gün təbii gecikmə ola bilər. Amma başqa heç bir probemimiz yoxdur”.

Tarix
2016.12.16 / 15:18
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla