Yuxarı

Votsapda növbəti fırıldaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

ESET şirkəti Votsap istifadəçilərinə yeni fırıldaq barəsində xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, fırıldaqçılar müxtəlif bəhanələrlə istifadəçilərin şəxsi məlumatlarını toplayırlar. Buna bənzər fırıldaqlar daha əvvəllər də baş verib. Ancaq hazırda onlar daha irimiqyaslıdır.

Antivirus proqramlarının tərtibatında ixtisaslaşan ESET şirkətinin nümayəndələri Votsapda böyük sayda eyni məzmunlu məlumatlar aşkar ediblər. Fırıldaqçılar internet mağazasının nümayəndələri adı altında gizlənib, sonradan 250 avroya sertifikatın veriləcəyi bəhanəsi ilə müştərilərdən anketi doldurmağı xahiş edirlər. Bundan sonra onlar şəxsi məlumatların təsdiqlənməsini istəyirlər.

Ancaq keçiddən istifadə edən istifadəçi bu mağazanın rəsmi saytına aidiyyəti olmayan sayta keçirdi. Qeyd edilir ki, fırıldaqçıların adı altında gizləndikləri “Lidl” brendinə heç bir aidiyyəti yoxdur. Onların sözlərin doğru olmadığını bilmək üçün səhifənin URL-inə baxmaq kifayətdir.

Bununla belə, bəzi insanlar asan yolla pul qazanmaq eşqi ilə bu yalanın qurbanı olurlar. ESET şirkətinin nümayəndələri ehtiyatlı olmağı xahiş edirlər. Çünki bu yalanın tələsinə düşənlərə tez-tez zəng edəcəklər və lazımsız qeydiyyatlar, spam və pullu SMS xidmətləri təqdim edəcəklər.

Qeyd olunur ki, hələlik fırıldaqçılar Almaniya auditoriyası üzərində işləyirlər. Ancaq onlar çərçivələrini genişləndirə bilərlər.

Tarix
2017.02.03 / 15:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla