Yuxarı

2017-nin ən pis 10 avtomobili seçildi - Siyahı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin ən pis avtomobillərinin adı açıqlanıb.

Axar.az xəbər verir ki, siyahını Amerikanın “Konsyumer reports” jurnalı tərtib edib. Siyahıya dünyanın 10 avtomobil modelinin adı daxil olub.

Bu il ən pis avtomobil “Mitsubişi Miraj” seçilib. Buna səbəb onun mühərrikindəki güclü titrəyiş, güc çatışmazlığı və heç bir özəlliyi olmayan salonu olub. Kompakt elektrik və hibrid avtomobillər sırasında ən pis göstəricini də “Mitsubişi” şirkəti göstərib. Belə ki, bu kateqoriyada ən pis adı “Mitsubişi i-MiEV” qazanıb. Bu model daha çox “inkişaf etdirilməmiş”, “asta”, “narahat və sərt” sözləri ilə təsvir edilib. Üstəlik, uzunmüddətli enerji yığma prosesi zamanı maşının batareyasi effektiv nəticə vermir.

Ən pis kompakt avtomobillər sırasında “Fiat 500 L” də yer alıb. “Fiat 500L”-in düz oturacaqları, sürücünü qəribə oturacaq mövqeyi, yüksək etibarlılığının olmaması ekspertləri belə qərar verməyə məcbur edib.

“Kraysler 200” isə ən pis orta həcmli sedan seçilib. Bu modeldə dördsilindirli mühərrikin pis işləməsi, etibarlığın lazımi səviyyədə olmaması, narahat idarəetmə qeydə alınıb.

“Toyota Takoma” isə ən pis kompakt pikap adlandırılıb. Avtomobil primitivliyi, ağır idarəedilməsi, salonunda həddən artıq səsin olması ilə bu adı alıb.

Ortahəcmli krossoverlər arasında isə ən pisi “Doç Corni” seçilib. Maşında çatışmayan cəhətlər etibarlılığın aşağı olması, manevr qabiliyyətinin çatışmaması, V6 mühərrikinin israfının çox olmasıdır.

“Mersedes Benz CLA” da ən pislər arasında yer alıb. Bu avtomobilin salonun səs həddən artıq çoxdur. Üstəlik, maşının daxili sıxdır, salona giriş isə çətindir. “Mazeratti Qibli”də “Mersedes”lə eyni taleyi bölüşür. Modelin etibarlılığının aşağı olması və yanacaq sərfiyyatının çox olması onun cəlbediciliyini yox edib.

“Lənd Rover Diskəveri Sport” da ən pis krossoverlər arasında özünə yer edib. Maşının transmissiyası, mühərrikinin işləməsi müştərilər tərəfindən sevilmir. Normal yollarda sükanın idarəetməsi də avtomobilsevərlərin xoşuna gəlmir. Maşının multimediya sistemi çox ləng reaksiya verir. Üstəlik, avtomobilin salonu öz sinfi üçün çox sadədir.

“Kadillak Eskalade” isə dəbdəbəli krossoverlər arasında ən pisidir. Belə ki, krossoverin hamar hərəkəti yetərli deyil. Üstəlik, avtomobilin salonu narahatdır, ikinci cərgədəki oturacaqlar çox alçaqdır, multimediya sistemi çox qarışıqdır, etibarlılıq isə yüksək deyil.

Tarix
2017.03.15 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla