Yuxarı

Bu rəngdə maşınlar qəzaya səbəb olur - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maşın rəngini seçərkən bunlara diqqət edin! Avtomobilin rəng seçimi yalnız görünüş yox, həm də təhlükəsizlik baxımından önəmlidir.

Bunu avtomobil satışı üzrə ekspert Rəşad Quliyev Axar.az-a maşın alarkən düzgün rəng seçiminin vacibliyi haqda danışarkən deyib. Onun sözlərinə görə, rəng seçimi həm də təhlükəsizlik baxımından önəmlidir.

“Alıcılar daha çox ağ və qara rənglərə üstünlük verirlər. Qara rəng prestij hesab olunduğu kimi, ağ rəng də can rahatlığıdır. Çünki ağ rəng təmiz qalır, qara rəng isə daha tez çirklənir. Əhalinin yalnız 20%-i digər rənglərə üstünlük verir.

Rənglər özü də bir neçə kateqoriyaya bölünür. Avtomobil haqda geniş bilgisi olmayanlar bu haqda məlumatsızdırlar.

Məsələn, qara rəngin 7-8 çaları var ki, hər biri kodlarla təyin olunur. Elə avtomobil var ki, göy və qara rəngin qarışığı olsa da, rəsmi sənəddə qara kimi qeyd olunur. Amma əhali bunu tünd göy hesab edir.

Rəng seçərkən onun populyarlığına da diqqət edilməlidir. Çünki yaşıl və sarı kimi “qışqıran” rənglər avtomobil sahibinin xoşuna gəlsə də, maşını satdıqda çətinlik yarada bilər.

Təhlükəsizlik baxımından isə yaxşı olardı ki, yollarımızda fərqli və daha açıq rəngli olan avtomobillər şürülsün. Çünki artıq tünd rənglər göz ağrıdır və daha çox qəzaya səbəb olur. Məsələn, avtomobillə gecə hərəkət edərkən qara və tünd rənglər çətin seçilir nəticədə daha çox qəzalara səbəb olur.

Təyyarələrdə “qara qutu”nun narıncı rəngdə olması da təhlükəsizliklə bağlıdır. Çünki qəzadan sonra bu rəngi tapmaq asan olur.

Avropa ilə müqayisədə bizdə tünd rənglərə üstünlük verilməsini günəş süaları ilə də əlaqələndirmək olar. Nisbətən soyuq yerlərdə əhali tünd rəngdən günəş süalarını qəbul etməkçün istifadə edir. İsti ölkələrdə isə bu əksinədir. Günəş şüalarından qorunmaq üçün ən yaxşı rəng ağ hesab olunduğuna görə avtomobilin rəng seçimində də bu rəngdən daha çox istifadə olunur”.

Tarix
2017.03.16 / 08:45
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla