Yuxarı

Bu avtomobillər ölkədən yığışdırıla bilər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan köhnə avtomobillər istifadədən yığışdırılmalıdır.

Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova özəl olaraq Trend-ə bildirib ki, artıq Rusiyada bu proses başa çatıb: "Rusiyada texniki cəhətdən, hətta xarici görünüşdən köhnə olan avtomobillərin müqabilində insanlara müəyyən məbləğdə pul və ya çek verirdilər. Bilirəm ki, Azərbaycanda bu prosesi həyata keçirmək bir az çətindir. Lakin təhlükə yaradan köhnə avtomobillər texniki baxışdan keçməməlidir. Bu maşınların nə qabaq, nə arxa işıqları işləyir, təxminən 30 km/s sürətlə hərəkət edirlər. Bu da xüsusən axşam saatlarında yolda ciddi təhlükə yaradır. Belə avtomobilləri istifadədən yığışdırmaq lazımdır. Onlar hər an həm özləri, həm də digərləri üçün təhlükə yaradır".

Deputat təklif edir ki, köhnə avtomobil sahiblərinə güzəştli şərtlərlə yeni avtomobillər verilsin: "Əlbəttə köhnə avtomobilləri insanların əlindən almaq olmaz, şəxsi mülkiyyətləridir. Təklifim ondan ibarətdr ki, köhnə avtomobil sahiblərinə kiçik də olsa, misal üçün 500-1000 manat məbləğində kompensasiya, eyni zamanda yerli zavoddan onlara güzəştli şərtlərlə yeni avtomobil verilsin. Misal üçün avtomobilin qiyməti yeddi min manatdırsa, onlara 5 min manata, həm də uzun müddətli kreditlə verilsin. Bu, ölkədə avtomobil istehsalına da müsbət təsir edər. Düşünürəm ki, insanlar da bununla razılaşar. Nəyə görə bu cür şərtlərlə təzə maşın almasınlar?".

Tarix
2017.04.26 / 22:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla