Yuxarı

Hacı İbrahim satışa çıxarılan maşınından danışdı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:28

Ölkə banklarına külli miqdarda borcu olan "Avesta Konsern"in rəhbəri, nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur "Rolls Roys" markalı avtomobili də kreditdə imiş.

Axar.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb. İddia edilir ki, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb. Maşını almaq üşün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının "Rolls Roys" markalı avtomobilini hərraca çıxarıb.

Hacı İbrahim İbrahimov (Nehrəmli) isə haqqında deyilənləri təkzib edib. O, Musavat.com-a bildirib ki, heç zaman kreditlə avtomobil almayıb:

“Mənim VTB banka nə borcum, nə kreditim, nə də onlardan hər hansı bir alacağım olmayıb. “Rolls Roys” markalı qara maşınım da hazırda evdədir. Yayılan məlumat tamamilə yalandır. Camaatın deyəsən işi gücü qurtarıb. VTB banka sorğu versinlər, görsünlər mənim onlara borcum var, yoxsa yox... Heç zaman kreditə maşın almamışam. Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz. Avtomobilə gəlincə isə burada da kreditə girdinsə, qiymətin iki qatını banka qaytarırsan. Ona görə də çətindir. “Rolls Roys” maşınımı da 2008-ci ildə nağd şəkildə almışam”.

Tarix
2017.04.28 / 14:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla