Yuxarı

Azərbaycanlı gəncdən milli avtomobil dizaynı - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov milli avtomobil modelinin eskizini hazırlayıb.

Xəzər xəbər məlumat verir ki, iki ildən çoxdur üzərində işlənən "Azerant Buta" modelinin dizaynında milli ornamentlər əsas götürülüb.

"Azerant Buta" avtomobilinin loqosunda gerbimiz və səkkizguşəli ulduz da əks olunub. Ön hissədə radiator barmaqlıqları Şirvanşahlar sarayının qala divarlarındakı şəbəkə naxışı dizaynı əsasında işlənib.

Aerodinamik və modern üslubda hazırlanan modelin texniki göstəricilərinin necə olmasına isə mühəndislər qərar verə bilərlər. Əgər layihə gerçəkləşdirilsə, bu model ekonom sinfə aid olacaq.

Ramil Nəcəfov artıq Müəllif Hüquqları Agentliyindən layihəni özününküləşdirmək üçün şəhadətnamə də alıb. O, yeni dizaynını yaxın vaxtlarda aidiyyəti qurumlara və dünyanın ən məşhur avtomobil şirkətlərinə göndərməyi düşünür.

Gənc dizayner bu avtomobilin gələcəkdə Azərbaycanın milli brendi olacağına və layihənin aidiyyəti qurumlardan müsbət rəy alacağına ümid edir.

Tarix
2017.05.20 / 01:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla