Yuxarı

Azərbaycanda sərxoş xarici diplomatlara ağır cəza

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sərxoş vəziyyətdə olan xarici ölkələrin diplomatları dərhal avtomobili idarə etməkdən kənarlaşdırılacaq.

APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş “Yol-patrul xidməti haqqında Təlimat”ında əksini tapıb.

Bundan əvvəl Daxili İşlər Nazirliyi Kollegiyasının 19 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilən “Yol-patrul xidməti haqqında Təlimat”a əsasən YPX inspektoru nəqliyyat vasitəsinin diplomatik immunitetə malik olan əcnəbi tərəfindən sərxoş vəziyyətdə idarə edilməsindən şübhələndikdə, ona müayinədən keçməyi təklif edib. Əcnəbi buna etiraz etdikdə YPX inspektoru onu nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırıb və bu barədə növbətçi hissəyə məlumat verib. Daha sonra o, inzibati protokol tərtib edərək əcnəbinin tibbi müayinədən yayınmasını qanunvericilikdə müəyyən edilmiş qaydada sənədləşdirib. Sürücüsü yol hərəkətində iştirakdan kənarlaşdırılmış nəqliyyat vasitəsi müvafiq xarici dövlətin səfirliyinin nümayəndəsinə təhvil verilib.

Mayın 19-dan qüvvəyə minən yeni Təlimata əsasən isə toxunulmazlıq hüququndan istifadə edən əcnəbinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə kifayət qədər əsas olduqda o, nəqliyyatı idarə etməkdən kənarlaşdırılacaq və ona tibbi müayinədən keçmək təklif olunacaq. Bu barədə dövlət yol polisi hissəsinin (daxili işlər orqanının) növbətçi hissəsinə məlumat veriləcək. Nəqliyyat vasitəsi aid olduğu diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsinə təhvil veriləcək.

Tarix
2017.05.26 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla