Yuxarı

Bakının mərkəzində avtoş: iki təkər üstə... - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Füzuli küçəsində "Niva'' markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.

Axar.az Xəzər xəbər-ə istinadən məlumat verir ki, avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkələrdə yayılıb. 99 GG 111 dövlət nömrə nişanlı, ''Niva'' markalı avtomobilin sürücüsü əvvəlcə başqa bir avtomobilə yaxınlaşaraq pəncərədən həmin sürücüyə nəsə deyir. Güman olnur ki, onu da avtoşluq etməyə dəvət edir, lakin "yox” cavabı aldığı üçün qarşısına keçərək sağa-sola manevrlər edir və ''Niva''nı iki təkər üzərində sürür.

Bunu bir neçə dəfə təkrar edən sürücü keçmiş ''Beşmərtəbə'' dairəsindən sağa döndükdən sonra yenə də iki təkər üzərində yoluna davam edir.

Bu sürücü pozduğu qayda ilə digər hərəkət iştrakçıları üçün olduqca təhlükəlidir. Belə sürücülər bir çox hallarda əməllərini avtoxuliqan kimi görmür, sagdan və ya soldan ötmə kimi dəyərləndirirlər. Əslində isə qanunvericilikdə avtoxuliqanlıq əməlinin izahı tam aydın şəkildə verilib. Üstəlik, bu videoya da baxmaq kifayət edər ki, əsl 'avtoş'un necə olduğu barədə fikir formalaşsın.

İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq, sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir. Yaxud bu əməl bir neçə dəfə təkrarlandığı halda nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs edilə bilər.

Tarix
2017.06.13 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla