Yuxarı

Avtomobillərin texniki baxışı üçün son 17 gün - Diqqət

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa, Asiya və ABŞ istehsalı olan avtomobillərin illik texniki baxış müddətinin bitməsinə 17 gün qalıb.

Axar.az xəbər verir ki, bu barədə xatırlatmanı “Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov şəxsi Feysbuk hesabında paylaşıb.

Ekspert qeyd edib ki, ayın son günlərində növbələrə durmamaq üçün tələsmək lazımdır:

“Sürücü dostlar, Rusiya və başqa MDB dövlətləri istisna olmaqla, xarici ölkələrdə (Almaniya, Yaponiya, Koreya, ABİ, Fransa, İran, Çin və s) istehsal olunan minik avtomobillərinin, onların qoşqularının və motosikletlərin illik texniki baxış müddətinin bitməsinə cəmi 17 gün qalıb. İndidən avtomobilinizi baxışdan keçirin ki, ayın son günlərində növbədə qalmayasınız. Verilən məlumata əsasən, baxış məntəqələri hətta şənbə və bazar günləri də adi iş rejimi ilə işləyəcək”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə əsasən, bu il texniki baxışdan 2012-ci, 2010-cu, 2008-ci, 2006-ci ildə və ondan əvvəlki bütün illərdə istehsal olunan minik avtomobilləri, onların qoşquları və motosikletlər keçirilməlidir.

Tarix
2017.07.14 / 12:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla