Yuxarı

Qeyts bunların olacağını 20 il öncədən təxmin etmişdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mikrosoftun qurucusu və dünyanın ən varlı insanlarından olan Bill Qeytsin 1999-cu ildə yazdığı "Düşüncə sürətindəki iş” adlı kitabında irəli sürdüyü təxminlərin demək olar ki, hamısı təəccüblü şəkildə həyata keçirilib.

Axar.az Musavat.com-a istinadən bu təxminləri təqdim edir:

1. Avtomatik qiymət qarşılaşdırma sistemi

Qeyts 1999-cu ildə avtomatik qiymət qarşılaşdırma texnologiyası barədə danışıb. Bu gün isə Quql, Amazon, NeksTaq və ya PraysQabber saytlarda çox asan şəkildə istifadə olunur.

2. Mobil cihazlar

Bill Qeytsin “İnsanlar harda olurlarsa olsunlarlar kiçik cihazları ilə işlərini idarə edə biləcək, uçuşlarına nəzarət edəcək, xəbər oxuya biləcək və finans bazarını təqib edəcək” yazmışdı. Və budur, bu kiçik cihazlar – telefonlar çoxdan cibimizdə, həyatımızın ən mühüm hissəsini təşkil edir.

3. İnternet üzərindən mühasibat və səhhət hesabları idarə oluna biləcək

İnternet üzərindən həkim seçilməsi və ya görüş alınması səhiyyə problemini “bir tık” qədər azaldıb deyə bilərik.

4. Şəxsi asistentlər

Qeyts kitabında eyni zamanda yazmışdı ki, “emaillərinizə sizin üçün nəzarət edəcək, istədiyiniz məlumatı sizə verəcək, hazırlamaq istədiyiniz yemək üçün sizə “alınacaqlar” siyahısı hazırlayacaq varlıqlar olacaq”. Bu isə “şəxsi asistentlər”in son illərdə Google layihələrindən biri olduğunu üzə çıxardı.

Bundan başqa, "Nest" kimi ağıllı cihazlar sizin gündəlik işlərinizi qeydiyyat altına almaqdan tutmuş, evin temperaturunu ayarlamağa qədər bir çox funksiyaları yerinə yetirir. Quql Hom-un yaratdığı səsli texnologiya ilə “eviniz” sizə emaillərinizi oxuya bilir.

6. Sosial media

Bill Qeyts təxmini: Veb saytlar, ailə və dostlarınızla danışıqlar və tədbirlər planlaşdırmanızı təmin edəcək. Xalqlar və ölkələr təhlükəsizlikdən şəhər planlaşmasına qədər bir çox mövzularda internet vasitəsilə müzakirələrə girə biləcək.

Və reallıq: Üzvlərinin sayı 2 milyarda çatan Facebook və İnstaqram, Votsapp, Messenger və digər sosial şəbəkələr, ünsiyyət vasitələri. Bunların köməyi ilə həmin o müzakirələr həyata keçirilir.

7. Avtomatik tətil reklamları

Mikrosoft qurucusu kitabında avtomatik tətil reklamları haqda da yazıb: “Bir tətil rezervasiyası hazırladığınız zaman gedəcəyiniz bölgədəki digər tədbir və endirim təklflərinə də çatımlı ola bilərsiz”.

Və reallıq. Hazırda insanlar qalacağı otelləri də, uçuşlarını gerçəkləşdirəcəkləri biletlərini də öncədən, rezervasiya ilə seçirlər. Və bu, bir çox saytlarda elan kimi qarşımıza çıxır.

8. Ağıllı reklamlar

Cihazlar sizin satın alma vərdişlərinizi bilib, ona uyğun olaraq sizə reklam göstərəcək – Bəli, bunu da Qeyts deyib. Ona qarşılıq olaraq, başda Quql və Feysbuk olmaqla hər yerdə qarşısımıza reklamlar çıxır və biz bir çox hallarda onlardan bezirik.

9. Məhsul yerləşdirmə

Televizorda serial və ya maç izlədiyiniz və ya Tvitter-də "scroll doun"la məşğul olanda, Instagramda şəkil paylaşanda, baxdığın ekranın bir məhsula və ya bir sayta yönləndirilməsi olduqca normal bir hal sayılır.

10. Onlayn iş tapmaq qurumları

Bill Qeyts 1999-cu ildə yazdığı kitabında "İnsanlar sadəcə maraq dairələrini, mütəxəssisliklərini və ehtiyaclarını açıqlayaraq iş fürsətləri tapa biləcəklər" yazıb. Onun haqqında danışdığı nəsnə isə dünyanın ən böyük professional şəbəkəsi Linkedindir.

Tarix
2017.07.19 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla