Yuxarı

Almaniya Femidası “Audi” əleyhinədir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münxen prokurorluğu dizel qalmaqalına aidiyyəti olması şübhəsi ilə “Audi” avtomobil konserninin idarə heyətinin bir neçə üzvü barəsində inzibati xəta haqqında iş başlayıb.

Axar.az xəbər verir ki, bu barədə idarənin nümayəndəsi məlumat verib. Söhbət nəzarət öhdəliklərinin top-menecerlər tərəfindən pozulması ehtimalından gedir. Amma söhbətin məhz kimdən getməsi barədə məlumat verilmir.

Şirkətin İnqolştatdakı nümayəndəsi bildirib ki, prokurorluq inzibati icraatın başlanması barədə “Audi” rəhbərliyini məlumatlandırıb. İqtisadiyyat yönümlü “Manager Magazin” jurnalı daha əvvəl yazıb ki, “Audi” şirkətinin idarə heyətinin dörd üzvü yaxın vaxtlarda öz vəzifələrini tərk edəcək. Şirkətin mətbuat xidməti bu informasiyanı şərh etməkdən boyun qaçırıb.

Prokurorluq hələ bu ilin martında fırıldaqçılıq və mötəbər olmayan reklamdan istifadə şübhəsi ilə “Audi” əleyhinə cinayət işi qaldırıb. Bu zaman söhbət ABŞ-da və Avropada satılan dizel avtomobillərinin işlənmiş qazlar üzrə məlumatlarının qəsdən azaldılmasından gedib.

İyulun əvvəlində bu cinayət işi çərçivəsində “Audi” mühərriklərinin işlənib hazırlanması şöbəsinin sabiq rəhbəri tutulub. Hazırda o, ilkin həbs kamerasında saxlanılır və cinayət polisinin əyalət idarəsinin əməkdaşları tərəfindən dindirilir.

Tarix
2017.08.04 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla