Yuxarı

Feysbukdan möhtəşəm yenilik

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk şirkəti tərəfindən təqdim edilmiş "İzləyin" (“Watch”) xidməti Yutubun analoqu olacaq. Feysbuk sözügedən servisi ciddi inkişaf etdirmək və televiziya ilə rəqabət aparmaq niyyətindədir.

Axar.az xəbər verir ki, “Feysbuk vaç” (“Facebook Watch”) servisi istifadəçilərə şirkətin öz pulu hesabına yaradılacaq eksklüziv məzmun təqdim edir. Həm müəyyən verilişlərə, həm də bütün hazırlanan çarxlara abunə əlçatan olacaq. Bundan başqa gənc müəlliflər yeni auditoriya cəlb edə və öz məhsulunu inkişaf etdirə, cəmiyyətlər yarada və çarxlardan pul qazana biləcəklər.

Bu gündən etibarən yeni xidmət ABŞ-da məhdud sayda istifadəçilər üçün əlçatandır və gələcəkdə Avropa ölkələri üçün əlçatan olacaq. İnternetdə yüksək rəqabətli olan video bazarı Feysbuk üçün yeni gəlir mənbəyi olacaq. Eksklüziv partnyorlar reklamdan əldə edilən gəlirin 55 faizini alacaqlar.

Artıq indi şirkət “Vox Media”, “BuzzFeed”, “ATTN”, “Group Nine Media” və başqaları ilə əməkdaşlıq edir. Yeni xidmət üçün artıq “National Geographic”in verilişləri, qadın milli basketbol assosiasiyasının çarxları, Amerika beysbol liqasının oyunları və valideynlər üçün şou hazırdır.

Feysbuk şirkəti yeni xidmətini istifadəyə verməklə yalnız Yutub ilə deyil, həm də “Netflix”, “Disney” və başqa genişmiqyaslı platformalarla rəqabət aparmalı olacaq.

Tarix
2017.08.11 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla