Yuxarı

Azərbaycanlı ixtiraçıdan möhtəşəm layihə - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənclər hava nəqliyyatı və alternativ enerji sahəsində möhtəşəm layihə hazırlayıblar.

Axar.az xəbər verir ki, layihə gənc ixtiraçı Tural İsmayılzadənin təşəbbüskarlığı və rəhbərliyi ilə onun elmi araşdırmaları əsasında hazırlanıb. “VİP Aircraft” adı verilən təyyarə layihəsi dünyada bir ilkdir.

VİP təyyarəni öz sinifində fərqli və üstün edə biləcək bir çox cəhədləri var. 45,890 metr uzunluğa və qanadlarla birgə 50,800 metr enə sahib olan təyyarə daxildən lüks bir restorandır. Hazırlanan 6 komplektasiyalı mühərrik sistemi ilə gənclər təyyarəni səsdən ən azı 2 dəfə sürətli etməyi hədəfləyirlər.

8 komplektasiyalı enerji depolama sistemi ilə təyyarə hərəkət zamanı hava, səs, su, günəş enerjisi, təzyiq və orqanik elementlərdən müxtəlif mühərriklər vasitəsi ilə enerji əldə edəcək. Bu, təyyarələrin uçuş zamanı yanacaq sərfiyyatını tamami ilə aradan qaldıracaq.

Təyyarə qəzalarının 2 böyük hissəsi onun sürət itirərək yerə çırpılması və bununla başlayan güclü yanğınlardır. Təklif olunan layihə tədbiq olunarsa, təyyarə sürət itirdikdən sonra uzun müddət havada “asılı” qalaraq sabit duruşa keçəcək və yerə qəzasız enə biləcək. Bu, qəza uçuş zolağından yeni qalxmaqda və ya eniş etməkdə olan təyyarələrdə baş verərsə, yanğının önünü alacaq xüsusi mexanizm işə düşəcək.

Layihənin hazırlanmasında əsas məqsəd səyahət zamanı vaxt və yanacaq kimi bir çox sərfiyyatları aradan qaldırmaq, ekoloji mühitin, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına nail olmaqdır. Layihənin həyata keçməsi üçün 15 ilə 50 milyon Dollar civarında investisiya yatırımına ehtiyac var. Bununla bağlı gənc ixtiraçı artıq yerli və xarici şirkətlərə, sərmayəçilərə müraciət göndərib.

Tural İsmayılzadənin ən böyük arzusu gələcəkdə əldə edəcəyi vəsaitlə Avrasiya Sənaye İstehsalatı üzrə Alimlər Birliyinin yaradılması, istedadlı gəncləri və mütəxəssisləri ətrafında toplamaqdır.

Tarix
2017.08.16 / 21:53
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla