Yuxarı

Mobil telefonar haradan haraya – Fotolar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün uşaqdan-böyüyə heç kim özünü mobil telefonsuz təsəvvür etmir. Bəs ilk mobil telefonu kim, nə zaman yaradıb, hansı funksiyaları olub? Bu suala çox az adam cavab verə bilər.

Bu səbəbdən Axar.az sizə mobil telefonun tarixçəsini təqdim edir.

1. SRA/Ericsson MTA markalı ilk mobil telefon 1956- cı ildə yaradılıb.

2. Motorola DynaTAC 8000X markalı bu telefon isə daha da təkmilləşdirilmiş, ilk əsl mobil telefon sayılır. 1983-cü ildə yaradılan bu cib telefonu çəkisinin azlığı ilə seçilirdi. Dolların bugünki dəyəri ilə hesablasaq, qiyməti təxminən 9000 dollar idi.

3. 1984-cü ildə Nokia Mobira Talkman markalı bu telefonun yanındakı böyük qara qutu onun daha çox enerji saxlamsına xidmət edirdi.

4. Göründüyü kimi digərləri ilə müqayisədə Motorola firması daha kiçik və daşınması rahat telefonlara üstünlük verir. 1989-ci ildə yaradılan Motorola MicroTAC markası daha mobil olsa da, antenləri hələ də çox uzundur.

5. 1992-ci ilin məhsulu olan Motorola İnternational 3200-dan istifadə etmək üçün böyük əllərə sahib olmanız şərtdir. Anteni də o dövrün televizor antenlərini geridə qoymağa hesablanıb.

6. 1994-cü ilin məhsulu Motorola 2900 Bag Phone çantalı cib telefonu...

7. 1996-cı ilin Motorola StarTAC-ı, müasir cib telefonu görünüşünə ən çox uyğun gələn bir model kimi ilk mobil telefon da adlandıra bilərik.

8. 1996-cı ilin Nokia 8110 markalı telefonu orta yaşlı nəslin nümayəndələrinə köhnə dostu xatırladır.

9. 1996-cı ilin Nokia 9000 Communicator modelini bugünkü "ağıllı telefon"ların "atası" adlandıra bilərik.

10. 1998-ci ilin Nokia 5110-u hər zövqə uyğun rəngli modelləri ilə telefon bazarına gələn ilk cib telefonudur.

11. 1999-cu ilin Nokia 8210 telefonu Nokia modellərinin müxtəlif çeşid və rənglərlə tirajlandığı zamanların məhsuludur. Nokianın ilk açılış mesajı "görüşən əllər" o zamandan bugünə qədər dəyərini itirməyib.

12. 2002-ci ilin RIM Blackberry 5810 modeli ilə ilk SMS həyatımıza daxil oldu və bu gün də zamanımızın böyük bir qismini "işğal" edir.

13. 2002-ci ilin istehsalı olan Sanyo SCP-5300-da ilk dəfə telefon ve kamera ilk dəfə bir araya gəldi və bir daha ayrılmadı.

14. 2004-cü ilin istehsalı Motorola Razr V3 daha incə və daha eleqant bir model idi və bu gün də istifadəçisi olan yeganə modellərdəndir.

15. 2007-Apple iPhone - mobil telefon anlayışına inanılmaz yeniliklər gətirən və bir çoxlarımızın şəkillərdə və videolarda görüb bəyəndiyimiz, o zamanın əlçatmazı olan "ağıllı" cib telefonudur.

Artıq hər kəsin təkcə telefonu yox, fəxri və qürur mənbəyi olan "Əpl" Ayfonu var.

Tarix
2014.06.04 / 07:00
Müəllif
Nərgiz Liftiyeva
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla