Yuxarı

Maşın bazarında son durum: Qiymətlər ucuzlaşa bilər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də onlayn maşın satışında aktivlik aşağı səviyyədə olub.

Bu barədə Trend-ə daşınmaz əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

Onun sözlərinə görə, avqustun sonlarında isə aktivlik demək olar ki, sıfıra bərabər olub. Onun sözlərinə görə, alıcılıq aşağı olsa da, qiymətlər demək olar ki, stabil qalıb.

V.Hüseynov bildirib ki, qiymətlərin sabit qalmasının səbəbi bazar iştirakçılarının əsasən alverçilərdən ibarət olması ilə bağlıdır: "Hazırda bazarda maşın satanların çoxu alverçilərdir. Onlar üçün də avtomobili ucuz qiymətə satmaq əlverişli deyi. Ona görə də qiymətlərdə ciddi ucuzlaşma müşahidə edilməyib”.

Ekspertin sözlərinə görə, sentyabrın 15-dən sonra maşın bazarında müəyyən canlanma gözlənilir, ancaq bir şərtlə ki, qiymət enməsi müşahidə olunsun: "Ənənəvi bazarda üstünlük alverçilərin əlindədir və ona görə də ucuzlaşma ehtimalı azdır, ancaq "online” maşın bazarında insanlar özləri avtomobillərini satışa çıxardıqlarına görə müəyyən qiymət azalması müşahidə olunacaq. Bu da öz növbəsində ənənəvi avtomobil bazarına da təsir edəcək”.

Tarix
2017.09.07 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla