Yuxarı

Bu maşınları alın, yoxsa gecikərsiniz – Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biznes quranlara və avtomobil əldə etmək istəyənlərə bir tövsiyə vermək istərdim ki, yubanmadan elektromobilləri seçin.

Axar.az xəbər verir ki, belə bir təkliflə hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov çıxış edib. Ə.Hüseynov bildirib ki, avtomobil həvəskarlarından və biznesmenlərdən kim qabağa düşsə, udmuş olacaq:

“Lap yaxın perspektivdə bütün dünyada onlar populyar olacaq. Kim qabağa düşsə, udacaq. Nəzərə alın ki, hazırda ölkəmizə avtomobil idxalı ilə bağlı aksiz vergisi və gömrük rüsumu mühərrikin iş həcmi ilə hesablanır. Elektromobildə isə daxili yanma mühərriki olmadığından həmin vergi və rüsumlar yox dərəcəsindədir. Sadəcə olaraq onlara texniki qulluq infrastrukturu və enerji təminatını qurmaq, bu nəqliyyatı populyarlaşdırmaq lazımdır”.

Ekspert hesab edir ki, hələlik belə avtomobillər baha olsa da, inkişaf ucuzlaşmaya doğru gedəcək:

“Bu labüddür. Şəxsən mən hələ 9 il öncə indi istifadə etdiyim avtomobili alanda dostlara yarızarafat demişdim ki, növbəti avtomobilim, qismət olsa, elektromobil olacaq. İndi baxıram ki, bu gerçəkliyə oxşamağa başlayıb.

Nəzərə alın ki, ölkəmizdə avtomobilləşmə səviyyəsi cəmi 15% civarındadır. Potensial olaraq bu rəqəm 60%-ə çata bilər. Yəni ölkəmizin avtomobilləşməsi hələ qabaqdadır”.

Tarix
2017.11.25 / 11:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla