Ana səhifə Avto |
Masallı rayon sakini idman üslubunda qeyri-adi avtomobil düzəldib. İkiqapılı maşının qapıları yuxarı-aşağı və horizantal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır. Oqtay Rzayev bu işə 18 ay vaxt sərf edib.
Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, O.Rzayev köhnə avtomobillərin hissələrini bir araya yığıb yeni, idman üslubunda avtomobillər düzəldir.
Rayonun Türkoba kənd sakini Oqtay Rzayev uşaqlıqdan maşın həvəskarı olub. Atası ilə birlikdə çalışdığı təmir sexində avtomobil hissələrinin xüsusiyyətini və iş prinsiplərini öyrənib. Sonradan özü də yeni avtomobil modeli düzəltmək həvəsinə düşüb. Oqtay Rzayev 18 ay ərzində idman üslubunda qeyri-adi avtomobil hazırlayıb. Usta modelin ərsəyə gəlməsində xaricidə istehsal olunan avtomaşınların hissələrindən yararlanıb.
Avtomobilin qeyri-adi dizaynı var. Maşındakı iki qapı yuxarı-aşağı və horizantal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litirdir.
Bu Oqtay Rzayevin hazırladığı yeganə avtomobil olmayacaq. O, hazırda daha bir avtomobi üzərində işləyir.
Tarix
2017.12.10 / 00:15
|
Müəllif
Axar.az
|