Yuxarı

Diqqət: sürücülər buna görə cərimə edilə bilməz

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunvericilikdə yük avtomobillərinin, qoşquların və avtobusların banının arxa hissəsində dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin təkrar yazılmamasına görə heç bir məsuliyyət nəzərdə tutulmur. Buna görə sürücü cərimə oluna bilməz.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəri üzrə ekspert Ərşad Hüseynov yük avtomobillərinin banında avtomobilin dövlət qeydiyyat nişanının yazılmamasına görə cərimə tətbiq edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşı belə nəqliyyat vasitəsini idarə edən sürücüsünü dayandıraraq xəbərdar edə bilər, ancaq cərimə yaza bilməz:

“DYP əməkdaşı sürücüyə xəbərdarlıq edə bilər ki, idarə etdiyi yük avtomobilinin, qoşqunun və avtobusun bortunun arxasında dövlət qeydiyyat nişanının hərf və rəqəmlərini təkrar yazsın.

Həmçinin bu xəbərdarlıqdan sonra belə sürücü avtomobilinin banında nömrəsini yazmadığı üçün avtomobili cərimə meydançasına yerləşdirilə bilməz. Belə avtomobilin cərimə meydançasına yerləşdirilməsi kobud qanun pozuntusu olar. Çünki İnzibati Xətalar Məcəlləsinin 96-cı və 97-ci maddələrində nəqliyyat vasitəsinin hansı hallarda cərimə meydançasına yerləşdirilə bilməsi dəqiq və aydın təsvir edilib”.

Ə.Hüseynov hesab edir ki, nəqliyyat vasitələrinin banının arxasında dövlət qeydiyyat nişanlarının hərf və rəqəmlərinin təkrar yazılmasına dair müddəa ləğv edilməlidir:

“Çünki bunun heç bir əhəmiyyəti yoxdur. Dünyanın tək-tük ölkəsində belə tələbə rast gəlmək olar. Qonşu Rusiyada da Sovet dövründən qalma belə tələb var idi və həmin tələb 2008-ci ildən ləğv edilib. Buna görə də qanunvericilik səlahiyyəti olan orqanlardan xahiş edirəm ki, həmin tələbi bizim ölkəmizdə də ləğv etsinlər. Belə bir təşəbbüsü DYP irəli sürsə, lap yaxşı olar”.

Tarix
2017.12.14 / 11:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla