Yuxarı

Dünyada ən kiçik mobil telefonu - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Clubit Nyu Media" şirkəti kiçikölçülü "Zanco Tiny T1" mobil telefonunu təqdim edib. İstehsalçı iddia edir ki, bu, dünyada ən kiçik mobil qurğudur. Kiçik ölçüsünə baxmayaraq, mobil qurğu zəng edə və mesajları göndərə, başqa sözlə, istənilən mobil telefonun standart funksiyalarını yerinə yetirə bilir.

Axar.az xəbər verir ki, "Zanco Tiny T1" mobil qurğusunun ölçüləri 46,7x21x12 millimetr təşkil edir. Nano formatlı SİM-kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək kontaktı, 50 SMS mesaj və 50 daxil olan/çıxan zəngi yadda saxlamaq imkanına malikdir.

Aparat 12,5 millimetrlik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya "2G" üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir.

"Zanco Tiny T1" mobil qurğusunu "Kickstarter" platformasından 30 funta sifariş etmək olar.

Tarix
2017.12.18 / 01:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla