Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


Azərbaycanda ucuz avtomobillər tarixə qovuşur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 8,577 ədəd minik avtomobil gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4383 ədəd, yaxud iki dəfə çoxdur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasında (Hesabat dövrü: 01.01.2017 – 30.11.2017) əksini tapıb.

2018-ci ildən başlayaraq Azərbaycanda malların ixracına və idxalına yeni gömrük rüsumları tətbiq olunacaq. Bu, AR Nazirlər Kabinetinin 17 noyabr tarixli "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Bu qərar 2018-ci ilin 1 yanvarından qüvvəyə minəcək.

2017-ci ilin yanvar-noyabr aylarında ölkəyə cəmi 9828 nəqliyyat vasitəsi idxal olunub. Onlardan 148-i avtobus (Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş), 8577-i minik avtomobili, 1014-ü yük avtomobili, 68-i isə xüsusi təyinatlı nəqliyyat vasitələridir.

Belə əhəmiyyətli artım təkcə ölkədəki iqtisadi vəziyyətin sabitləşməsi ilə deyil, həm də 2018-ci ilin əvvəlindən etibarən idxal olunan avtomobillərə tətbiq olunacaq gömrük rüsumlarının artırılması ilə əlaqədardır.

Mövcud qanunvericiliyə görə, əgər yeni avtomobilin mühərrikinin həcmi 1500 kubmetrdən çox olarsa, hər kubmetr üçün 0,40 ABŞ dolları məbləğində haqq ödənilir. Bir illik (istifadə olunmuş) avtomobillər üçün isə bu məbləğ 0,70 dollardır. 2018-ci ilin 1 yanvarından mühərrikin həcmi 1500 kubmetr olan yeni avtomobillərə hər kubmetrinə görə 0, 70 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq. İstifadə edilmiş avtomobillər üçünsə 1,2 dollar rüsum tutulacaq.

Eyni zamanda bu ilin dekabrında avtomobillərin alışında nəzərəçarpacaq artım gözləmək olar. Çünki nisbətən ucuz avtomobilləri satın almaq üçün vaxt "pəncərə"si tezliklə bağlanacaq. Bununla yanaşı, avtomobil bazarının satıcıları nəzərəçarpacaq dərəcədə narahatdırlar ki, 2018-ci ilin əvvəlindən etibarən avtomobil satışları demək olar ki, dayanacaq. Yeni artırılmış gömrük rüsumlarının tətbiqi çoxlarının kefinə soğan doğrayıb. Çünki yeni gömrük tarifləri sayəsində "dəmir at"ların qiymətlərinin qalxması qaçılmazdır ki, bu da avtomobil bazarında "sakit" satış dövrünün başlanmasına səbəb olacaq.

Yeri gəlmişkən, 2017-ci ilin 11 ayı ərzində nəqliyyat vasitələrinin və onların ehtiyat hissələrinin idxalına 308,2 milyon dollar xərclənib. Bu isə ümumi idxal xərclərinin 4,55%-i deməkdir. Eyni zamanda bu il ərzində nəqliyyat vasitələri, onların ehtiyat hissələri və ləvazımatlarına 137,3 milyon dollar, yaxud 63% vəsait xərclənib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə çoxdur.

Bir sözlə, indidən iki il ərzində baş vermiş milli valyutanın devalvasiyasından sonra bazarın özünü tamamilə bərpa etdiyini demək tezdir.

Xatırladaq ki, 2015-ci ilin 11 ayının göstəricilərinə görə, Azərbaycana 558 milyon dollar dəyərində avtomobil və ehtiyat hissələri idxal edilib ki, bunun da 203,6 milyon dollarlıq hissəsi, yaxud 37%-i satılıb. Bu isə 2017-ci ilin göstəriciləri ilə müqayisədə xeyli yüksəkdir.

Tarix
2017.12.23 / 02:22
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Votsap mesajlarınızı bu yolla oxuyurlar

Ayfonda böyük xəta: Votsap yükləmək olmayacaq

Bu avtomobillər üçün texniki baxış müddəti başladı - Video

Dövlət Komitəsinin yeni saytı işə başladı

10 avtomobil satışa çıxarılır - Hərrac

Prezidentdən şok qərar: Qiymətlər 2 dəfə artdı

Ayfon X-da qəribə qüsur: saç və saqqal...

Avropa Birliyi superkompüterlər yaradır

Dünyanın ən təhlükəsiz avtomobilləri - Video

“Lada”ların qiyməti qalxdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla