Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


Heydər Əliyevin 37 il əvvəlki hədiyyəsi... - Fotolar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanın Marışlı kənd sakini 69 yaşlı Həsrət Əsədov 37 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən ona verilən “QAZ-24” markalı “Volqa” avtomobilini bu gün də ən qiymətli hədiyyə kimi qoruyub saxlayır.

Axar.az xəbər verir ki, minik avtomobili Həsrət Əsədova ötən əsrin 80-ci illərində Salyandakı kolxozlardan birində pambıqçılıq üzrə komsomolçu gənclər briqadasının briqadiri olarkən bağışlanılıb.

Hadisə isə belə olub: Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə - 1981-ci il avqustun sonlarında Salyana səfər edir. Səfər çərçivəsində Həsrət Əsədovun rəhbərlik etdiyi komsomolçu gənclər briqadasının pambıq sahəsini gəzir, briqadanın plan və öhdəliyi ilə tanış olur. Heydər Əliyev biləndə ki, briqadir “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” təşəbbüsünü irəli sürüb və rayonda fəaliyyət göstərən bütün komsomolçu gənclər briqadalarını bu təşəbbüsə qoşulmağa çağırıb, briqadirin əmək fəaliyyəti, briqadanın ötən illərdə nə qədər pambıq topladığı, məhsuldarlığın neçə sentner olması ilə maraqlanır. Ulu Öndər “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” çağırışını nəcib bir təşəbbüs kimi bəyənir və elə oradaca briqadir Həsrət Əsədova növbədənkənar “Volqa” avtomobilinin verilməsini tapşırır.

Həsrət Əsədov deyir ki, həmin “QAZ-24” onun üçün ən dəyərli, qiyməti heç nə ilə ölçülməyən bir hədiyyədir. “Hər dəfə maşınla səfərə gedib-gələndə, nəvələrimi məktəbə aparıb-gətirəndə Ulu Öndərlə görüşüm gözlərim önünə gəlir, o xoş anları bir də yaşayıram. Allah ona qəni-qəni rəhmət eləsin!”, - deyə Salyan sakini bildirir.

Tarix
2018.01.03 / 11:37
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Votsap mesajlarınızı bu yolla oxuyurlar

Ayfonda böyük xəta: Votsap yükləmək olmayacaq

Bu avtomobillər üçün texniki baxış müddəti başladı - Video

Dövlət Komitəsinin yeni saytı işə başladı

10 avtomobil satışa çıxarılır - Hərrac

Prezidentdən şok qərar: Qiymətlər 2 dəfə artdı

Ayfon X-da qəribə qüsur: saç və saqqal...

Avropa Birliyi superkompüterlər yaradır

Dünyanın ən təhlükəsiz avtomobilləri - Video

“Lada”ların qiyməti qalxdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla