Yuxarı

Yol polisindən 150 minlik nömrələrlə bağlı - Açıqlama

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi alqı-satqı saytlarında avtomobilin dövlət nömrə nişanının fantastik qiymətə satışa qoyulması barədə elanların heç bir əsası yoxdur. Çünki nömrələr ancaq Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsi və şöbələrində satıla bilər.

Bu sözləri Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bir çox alqı-satqı saytlarında olduqca yüksək qiymətə satışa qoyulan avtomobil nömrələri ilə bağlı danışarkən deyib.

Şöbə rəisinin sözlərinə görə, bunun üçün dövlət rüsumu müəyyən edilib:

“Bəziləri saytlar elə qiymətə nömrə satışını elan verir ki, heç kim o qədər pulu aparıb bir nömrəyə verməz. Hər bir halda nömrələrin qeydiyyat prosesi DYP-də həyata keçirilir. Nömrə satmaq qanunla qadağandır və bildiririk ki, insanlar belə elanlara inanmasınlar. Orada əks olunan nömrələrin bəzisi mövcud deyil, bəzisi isə tamam başqa adamların avtomobilinin üzərinədir. Odur ki, bu cür cəfəng elanlara inanmayın. Bir daha qeyd edirəm ki, qanunvericiliklə nömrələrin satışı yalnız Dövlət Yol Polisi tərəfindən həyata keçirilir”.

Qeyd edək ki, bəzi alqı-satqı saytlarında hətta 150.000 manata avtomobil nömrəsi satışa çıxarılıb. 10 DD 888 nömrəsini satan sahibi ona bu qədər qiymət müəyyən edib.

Tarix
2018.01.09 / 16:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla