Yuxarı

Sürücülər borcu təcili ödəməlidir – Qanun qüvvəyə mindi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən inzibati cəriməsi olan və bu cərimələri ödəməyən sürücülər bəzi problemlərini həll edə bilməyəcəklər.

Bu sözləri Axar.az-a hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Yol hərəkəti haqqında" Qanuna edilən və bu gündən qüvvəyə minən əhəmiyyətli dəyişiklik barədə danışarkən deyib.

Ə.Hüseynovun sözlərinə görə, bu gündən etibarən sürücülük vəsiqəsi alarkən, vəsiqəni dəyişərkən, avtomobili qeydiyyata və təkrar qeydiyyata aldırarkən, texniki baxışdan keçirirkən ödənilməmiş cəriməsi olan sürücülər problem yaşayacaq:

“Qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cəriməsi olan və bu cərimələri ödəməyən sürücülərin istəyinə baxılmayacaq, tələbindən imtina ediləcək”.

Ekspert təklif edir ki, bu işlərin həlli üçün sürüclər qüvvəyə minmiş cərimələrini ödəməlidirlər.

Ə.Hüseynovun sözlərinə görə, qanunda faktiki heç bir yenilik yoxdur. Sadəcə olaraq bu Qanun 2016-cı il 1 mart tarixindən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılır.

Tarix
2018.02.02 / 12:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla