Yuxarı

Naziriliyin 35 avtomobili satılır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabeli təşkilat hərraca birdəfəyə 35 avtomobil çıxarıb.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlər Komitəsi nazirliyin 35 avtomobilinin satılması üçün 6 mart tarixində xüsusi hərrac keçirəcək.

Satışa çıxarılan avtomobillər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-yə məxsusdur.

Hərraca ümumilikdə 10 ədəd 2008-ci ilin “Man Lion S Klassik A-74” markalı avtomobili, 25 ədəd isə 2008-2009-cu ilərin “Daevoo BC212MA” markalı avtomobili çıxarılıb.

“Man Lion S Klassik A-74” markalı avtomobillərin ilkin satış qiyməti 25.947 manat, “Daevoo BC212MA” markalı avtomobillərin isə 13.875 manatdır.

Qeyd edək ki, hərraca çıxarılan 35 avtomobil ikinci dəfədir ki, özəlləşdirməyə təqdim edilir. Bundan öncə təşkil edilən hərracda avtomobillərdən heç biri satılmayıb.

Tarix
2018.02.03 / 15:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla