Yuxarı

Toqquşma anı: əgər peşəkar olsaydı… - Videonun şərhi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saytların “sürücü peşəkarlığı” kimi təqdim etdiyi videoda aydın görünür ki, baş verən hadisədə iştirak edən hər iki sürücü qeyri-peşəkardır və onlar əksər sürücülərin hərəkətini təkrarlayır.

Bu sözləri Axar.az-a hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bu gün görüntüləri yayılan və müzakirə olunan Polşanın Xojuv şəhərində baş vermiş qəzada avtomobillərdən birini idarə edən şəxsin peşəkar adlandırılması, etdiyi hərəkətin doğru olduğunun vurğulanmasına münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, görünən hadisədəki "Subaru" avtomobilinin sürücüsü guya peşəkarlıq nümayiş etdirir. Amma bunun tam əksi baş verir:

“Diqqət edin: BMV sürücüsü aşkar və kobud şəkildə qaydanı pozur. Bu "Subaru" sürən "peşəkar" isə heç tormoz da vermir. Toqquşmadan əvvəlki trayektoriyasına diqqətlə baxın. Qəzanı qabaqcadan hiss edir, ona görə sağa çəkir, amma əyləci bassaydı, digər sürücüyə toxunmadan keçib gedərdi. Hətta yamaca dırmaşıb qayıdandan sonra da əyləci basmır, digər avtomobilə sürtülə-sürtülə gedib qabağa düşür. Yəqin ki, həmin sürücü artıq özünü itirib. Bu da peşəkarlıqdan çox uzaq olmaq deməkdir”.

Ə.Hüseynov əlavə edib ki, yamacda "Subaru"nun aşmaması isə sadəcə təbiət qanunudur:

“Belə trayektoriyada mərkəzdənqaçma qüvvəsi aşağı yumalanmaya imkan verməz. Sadəcə bəxti gətirir ki, yamac hamardır və yamacla yol arasında maneə (çala, sədd və s.) yoxdur”.

Sonda sürücülərə məsləhət verən hüquqşünas bildirib ki, hər bir sürücü təhlükə anında öncə əyləcdən istifadə etməlidir:

“Hörmətli sürücülər, belə vəziyyətdə mütləq əyləci basmaq lazımdır, təhlükə yarandığını hiss edən kimi. Qaydalar da məhz bunu tələb edir. İstiqaməti dəyişməklə yayınmaq cəhdi ən səhv qərardır”.

Videonu təqdim edirik:

Tarix
2018.02.14 / 13:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla