Yuxarı

Trampın "Canavar" limuzini: kimyəvi silah da... - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın bahalı maşın kolleksiyasının olduğu hər kəsə bəlli idi. İndi isə onun test zamanı kameralara tuş gələn "Canavar" (Monster) ləqəbli və xüsusi sifarişlə hazırlanan limuzininin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, Donald Trampın bu tip dövlət avtomobilləri çox olsa da, məhz "Kadillak" limuzini "General Motors" tərəfindən istehsal edilib. Avtomobil tamamilə digər modellərdən seçiləcək şəkildə kamuflyaj olunub. ABŞ-ın gizli xidmət agentliyindən avtomobillə bağlı verilən məlumata görə, kimyəvi silahlara qarşı belə dözümlü olan bu limuzin xüsusi olaraq 15,8 milyon dollarlıq müqavilə əsasında hazırlanıb.

Zirehli ekipaj yeni nəsil texnologiya əsasında gizli istehsal edilib. Limuzinin digər modellərinin də cari ilin sonlarına yaxın təqdim ediləcəyi gözlənilir. İstehsalçılar avtomobillərin hazırlanma prosesini təhlükəsizlik məqsədilə gizli saxlayırlar. Verilən ilkin məlumatlara görə, lüks sedan limuzin ballistik silahlara, bomba, istənilən silahlardan açılan atəşə, eləcə də kimyəvi hücumlara qarşı qoruma mexanizmi ilə təchiz edilib. Təkərlərin üzəri gülləkeçirməz şinlərlə örtülüb. Həyati təhlükəli məqam üçün isə avtomobilin içərisində xüsusi tibbi çanta və ləvazimatların olduğu bölmə yaradılıb.

Avtomobil "Kadillak" flaqmanına, "CT6" Sedan avtomobil dizaynına bənzəyir. ABŞ prezidentlərini daşıyan xüsusi zirehli limuzinlər "Kadillak" firması tərəfindən 1993-cü ildən etibarən hazırlanır.

Tarix
2018.04.14 / 00:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla