Yuxarı

Bakı Formula-1-ə hazırdırmı?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin 90 faizi başa çatıb. Pit və komanda binaları, eləcə də qarajlar yarışa tam hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri aprelin 20-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb. Qalan işlər də növbəti günlərdə tamamlanacaq. Bizi bir həftə sonra çox gözəl yarış gözləyir və hamı Bakı küçələrində sürücülərin mübarizəsinə şahid olacaq. Ötən il olduğu kimi, trekin düşdüyü mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün bağlanacaq.T.Butçer qeyd edib ki, dəniz və hava yolu ilə gələn bütün yüklər artıq Bakıya çatıb. Gələn həftənin əvvəlində Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri Bakı trekinə baş çəkib, inspeksiya işlərini həyata keçirəcəklər. Bakı treki standartlara uyğundur və yağışlı, eyni zamanda, küləkli hava şəraitinə hazırdır.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.

Tarix
2018.04.20 / 23:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla