Yuxarı

Formula-1-ə görə Bakıya 780 ton yük gətirildi - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 Azərbaycan Qran Prisinin keçirilməsi üçün 780 tondan çox yük Bakıya gətirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yarışlar çərçivəsində Bakıya yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla, 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən 8 reyslə gətirilib. Daha bir reys bu həftə yerinə yetiriləcək.

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.

2018 Formula-1 Azərbaycan Qran Prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

Tarix
2018.04.24 / 16:57
Müəllif
Bayan Nigar
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla