Yuxarı

Bakı trasında pilotlar öz bolidinə arxayın olmalıdır - Volf

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün ilk üç yürüşü “Mersedes” komandası üçün qələbəsiz başa çatıb. Çempion komandanın azarkeşləri Bakıda onun müvəffəqiyyət qazanacağına ümid bəsləyirlər.

Axar.az xəbər verir ki, “Mersedes Motosport”un rəhbəri Toto Volf proqnoz verməyə tələsmir.

O bildirib ki, 2018-ci il mövsümü avtomobil idmanında bütün xoşagələn nüansları özündə ehtiva edir. Üç komanda qələbə uğrunda gərgin mübarizə aparır. Parlaq ötüşmələrlə zəngin üç maraqlı yürüş artıq geridə qalıb. Formula 1 tarixində ən sürətli maşınları hazırda bütün zəmanələrin ən yaxşı pilotları idarə edir. Hələlik biz mövsümün bütün mərhələlərini izləyirik. Sonralar bu mövsümü əfsanəvi adlandırmaq olar. Azarkeşlər bu ili təbəssümlə xatırlayacaqlar.

T.Volf daha sonra deyib: “Ancaq təkcə evində televizor qarşısında oturan və trasda olan azarkeşlər həyəcanlı deyildir. Eyni hissləri biz də keçiririk. Komandamız ciddi sınaqla üzləşib. Ötən il biz “Ferrari” ilə mübarizə apardıq, amma bu mövsümün qarşıdurması keçənilki mübarizə ilə müqayisəedilməzdir.

“Red Bull” və “Ferrari” bizi qabaqlamaq üçün bütün imkanlardan istifadə edirlər. Komandalar, pilotlar və texnika ən yüksək səviyyədədir. Bu cür sınaq hər kəsin ürəyincə deyildir, amma bizim xoşumuza gəlir. Komandanın hər bir əməkdaşı məhz belə məqamlar üçün Formula 1-də işləməyi seçib. Biz hamımız heyrətamiz mübarizəyə qoşulmuşuq. Elə bir mübarizəyə qoşulmuşuq ki, onun nəticələrini qabaqcadan söyləmək mümkün deyildir.

Bizi nə gözlədiyini bilmədən Bakıya yollanırıq. Formula 1 Azərbaycan Qran-Prisi ilk dəfə apreldə keçiriləcək, tamamilə başqa şərtlər olacaq. Axı, ötən illərdə biz Xəzər dənizinin sahilinə iyunda getmişdik. Bakı trası mürəkkəbdir. Artıq aprelin 27-də səhər saatlarında ritmi düzgün tutmaq üçün pilotlar öz bolidinə arxayın olmalıdırlar.

Ötənilki yürüşün nəticələri gözlənilməz oldu. Odur ki, istənilən şəhər trasında olduğu kimi, sürprizlərə hazır olmalıyıq”.

Tarix
2018.04.24 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla