Yuxarı

Fernando Alonso: Bakıda bəzi pilotlar çox aqressiv idi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maklaren”in pilotu Fernando Alonso Formula 1-in digər pilotlarını birinci dövrədə daha səliqəli mübarizə aparmağa dəvət edib.

Axar.az xəbər verir ki, ispaniyalı pilotun Azərbaycan Qran-Prisi zamanı Sergey Sirotkin və Niko Hülkenbrqlə insidenti olub. İnsident zamanı hər üç pilotun bolidi bir-biri ilə toqquşub. Nəticədə F.Alonsonun bolidinin alt hissəsi zədələnib və o, faktiki olaraq, iki təkər üstündə özünü bokslara çatdırmağa müvəffəq olub, sonra yürüşü davam etdirib və hətta finişə yeddinci gəlib.

F.Alonso deyib: “Zənnimcə, başqa cür hərəkət etmək də olardı. Birinci dövrədə heç kim pelotonun ortasında sürəti azaltmır. Qəza vəziyyəti göz qabağındadır, amma onlar ayaqlarını əyləcdən ayırmaqdansa, toqquşmağa üstünlük verirlər.

Bakı trasında bir cərgədə üç bolid gedirdi, onlar bir-birinə getdikcə daha sıx yaxınlaşır, amma sürəti azaltmaq istəmirdilər. Özü də mən artıq daxili trayektoriyanı tutmuşdum, nəticədə bolidim iki yerdən deşildi.

Birinci dövrədə bəzi yürüşçülər özlərini çox aqressiv apardılar. Sanki yürüş bir dövrədən ibarət idi. Adama ağır gəlir. Axı nəticədə bəzi pilotların çıxışları korlandı. Odur ki, biz təsnifat yarışlarında ikinci və ya üçüncü dövrəyə yetişməyə çalışmalıyıq”.

Tarix
2018.05.02 / 21:14
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla