Yuxarı

Diqqət: qaydalar dəyişdi, cərimələnə bilərsiz - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Olimpiya Stadionunun yanında, aeroport yolunun altından keçən yeni tunel Ziya Bünyadov prospekti ilə gedən avtomobillərin aeroport və Zabrat, Maştağa istiqamətində hərəkətini xeyli asanlaşdıracaq. Həmçinin "Koroğlu" metrosu ətrafında sıxlıq və tıxac yaranmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq. Amma tunel yeni açıldığına görə sürücülər diqqət etməlidir ki, orada səhv edib cərimə olunmasınlar.

Xəzər xəbər-in məlumatına görə, yeni tunel istifadəyə veriləndən sonra aeroport yolundan Zabrata, Mastağaya və o istiqamətə dönmək üçün hərəkət sxemi ciddi şəkildə dəyişdirilib.

Əsas dəyişiklik ondan ibarətdir ki, Koroğlu Nəqliyyat Qovşağından keçərək Zabrata, Maştağaya getmək istəyənlər əvvəlki kimi Sabunçu qovşağındakı körpünün yanından sağa dönə bilməyəcəklər.

Bundan başqa, sürücülər buna da diqqət etməlidir ki, tunelin çıxışından sonra aeroport yolunun əsas hissəsi ilə düzünə gedən nəqliyyat vasitələrinin tunelin çıxışı istiqamətində sağa dönməsi və körpünün üstünə qalxması qadağan olunub.

Sürücülər nəzərə almalıdır ki, burada aeroport yolunun bəzi yerlərində olduğu kimi, qoşa xətt deyil, standarta, qanunvericiliyə uyğun olaraq, 1.11 nişanlanma xətti çəkilib. Həmin 1.11 nişanlanma xətti tunelin çıxışını keçdikdən sonra aeroport yolunun əsas hərəkət hissəsindən sağa yerdəyişməni qadağan edir.

Lakin tuneldən çıxanların sola yerdəyişmə edərək aeroport istiqamətində hərəkətlərini davam etməsinə icazə verilir. Bu isə sürücülərin işini asanlaşdırmaqla yanaşı, bu yolda tıxacı da aradan qaldıracaq.

Tarix
2018.05.09 / 02:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla