Yuxarı

Azərbaycan istehsalı avtomobillər sınaqdan keçirildi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Neftçala Sənaye Məhəlləsində yerləşən “Xəzər” (“Khazar”) Avtomobil Zavoduna media-tur təşkil edilib.

Report xəbər verir ki, media-tur çərçivəsində zavodda istehsal olunan avtomobillər haqqında məlumat verilib.

Səfər zamanı Nazirlik avtomobillərini test edib. İqtisadiyyat Nazirliyi adından sükan arxasına keçən qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev yeni “Xəzər” (“Khazar”) avtomobilinin funksional və rahat idarəedilən olduğunu qeyd edib.

A.Əliyevin sözlərinə görə, yeni avtomobil kifayət qədər komfortludur və müxtəlif yol şəraitində sınaqlardan uğurla çıxa bilər.

Qeyd edək ki, martın 29-da Azərbaycan və İran prezidentlərinin açılışının etdiyi zavodu "Azərmaş” ASC və “İran Khodro” şirkətləri birgə yaradıb. Zavodun ümumi dəyəri 15 mln. dollarıdır və səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Xəzər” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

Tarix
2018.06.09 / 17:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla