Yuxarı

Yollarda ölümə səbəb olan arakəsmələr - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahət günlərində də yollar qəzasız ötüşmür. Bəzi hallarda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri zamanı dəmir arakəsmələr durumu daha da ağırlaşdırır.

Məsələn, bu günlərdə Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Marat Cəfərovun idarə etdiyi avtomobil dəmir arakəsməyə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişinin ayaqları kəsilib. Çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Buna bənzər qəza bir neçə gün öncə Hacıqabulda da baş vermişdi. Bu rayonda da avtomobilin dəmir arakəsməyə çırpılması nəticəsində bir nəfər ölmüş, biri isə yaralanmışdı.

Statistika göstərir ki, baş verən qəzalar zamanı dəmir arakəsməyə çırpılan avtomobillərdə ölüm halları daha çox olur. Ekspertlər bunu həmin təhlükəsizlik sədlərinin keyfiyyətsiz materialdan hazırlanması ilə əlaqələndirirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, təhlükəsizlik sədlərinin əsas məqsədi idarəetmədən çıxan avtomobilə dəyəcək zərbənin fəsadını azaltmaq olmalıdır. Həmin sədlər zərbənin təsir gücünü özünə çəkməlidir. Ona görə də dəmir arakəsmələri beton divarlarla əvəz etmək də çıxış yolu deyil.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən isə bildirdilər ki, yol kənarlarında və çoxzolaqlı yollarda quraşdırılan dəmir arakəsmələr ölkəmizə xaricdən idxal edilir və beynəlxalq standartlara cavab verir. Ona görə də hazırda onların dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil.

Axar.az Xəzər xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Tarix
2018.06.20 / 01:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla