Yuxarı

Azərbaycanda maşın nömrələri ilə bağlı mühüm - Yenilik

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları artıq hərrac yolu ilə satılacaq.

Axar.az xəbər verir ki, bu sözləri yol üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov qeyd edib. O bildirib ki, bu barədə yeni qanun dərc ediləcək:

“Bildiyiniz kimi, 001, ..., 100, ..., 111, .... rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur. "Dövlət rüsumu haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Yəni nömrələr üçün konkret göstərilən məbləğdə deyil, hərrac nəticəsinə uyğun məbləğdə pul alınacaq. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq”.

Həmçinin adi nömrələr üçün nəzərdə tutulan 22 manat rüsumun artıq 35 manat olacağını bildirən ekspert qanunun bu gün qəbul ediləcəyinə baxmayaraq, hələ tətbiq edilə bilməyəcəyini deyib:

“Çünki yeniliklərin tətbiqi üçün həm "Yol hərəkəti haqqında" Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir".

Tarix
2018.07.17 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla