Yuxarı

3 min manata möhtəşəm avtomobil - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordubad rayonunun Əndəmic kənd sakini Məmmədli Sahil Malik oğlu aldığı köhnə "UAZ" markalı avtomobilini cüzi vəsait xərcləyərək möhtəşəm şəkildə yığıb.

Qaynarinfo-ya açıqlama verən Sahil Məmmədli avtomobilin Ordubadda maraqla qarşılandığını bildirib. Özü də avtomobil təmiri sənətini öyrənən S.Məmmədli avtomobili ustası Mehdiyev Nüsrət Qüdrət oğlu ilə birgə yığdıqlarını deyib. 3 min manata alınan avtomobilin bu formada yığılmasına əlavə 3 min manat xərclənilib.

O, "UAZ"ın hazırkı rəngini əldə etmək üçün müxtəlif qarışımlardan istifadə etdiklərini və detalların hamısının original olduğunu söyləyib.

Hazırda avtomobili Sahilin atası Malik Məmmədov idarə edir və o, Ordubada gələn qonaqları, yaxud elə rayon sakinlərini dağ kəndlərinə səfərə aparır.

M.Məmmədov ucqar kəndlərə hər avtomobilin gedib çıxa bilmədiyini, bunun üçün qoşa diferli avtomobilə ehtiyac olduğunu qeyd edib.

M.Məmmədov daim böyük avtomobillər idarə etdiyini və bu şəkildə sürücülükdə də peşəkarlaşdığını bildirib. O, avtomobili daha da təkmilləşdirəcəklərini söyləyib.

Tarix
2018.08.26 / 23:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla