Yuxarı

Azərbaycan elektromobil istehsalına başlayır - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək.

Trend-in məlumatına görə, zavod avtomobil sənayesində müasir dövrün ən aktual məsələsi olan elektriklə çalışan avtomobillər istehsal etmək üçün hazırlıqlar görür və qısa zamanda bu layihəni həyata keçirməyi planlaşdırır.

Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayev deyib ki, bu, həm qənaətlilik, həm də ekoloji cəhətdən ən öndə duran məsələlərdən biridir: "Bundan əlavə olaraq LİFAN minivenlərinin bazasında “təcili tibbi yardım” üçün istifadə oluna biləcək avtomobillər sifariş etmiş və 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrin yığımını həyata keçirəcək".

Zavod direktoru qeyd edib ki, Naxçıvan avtomobil zavodu blokada şəraitində olan Muxtar Respublikada təsis olunub və 2010-cu ildə fəaliyyətə başlayıb: "Məqsəd Muxtar Respublikanın sosial-iqtisadi, ictimai məsələlərində iştirak etmək, iqtisadiyyatın inkişafına öz təhvəsini verməkdən ibarət idi. Bugünədək zavodda 5000-dən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq LİFAN markalı 4 model avtomobil istehsal olunub və NAZ-LİFAN brendi altında satışa çıxarılır. Hal-hazırda ticari avtomobillər də daxil olmaqla model sırası 14 fərqli modeldən ibarətdir".

M.Abdullayevin sözlərinə görə, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal edili: "Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilmiş, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və sürüş məsafəsi artırılaraq 3 il və ya 150.000 km-ə çatdırılmışdır. Hal-hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan sayılan NAZ-LİFAN 820 modeli; ekonomik NAZ-LİFAN 330 modeli; zavodun satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə flaqman modeli olan 620 modelinin yeni dizayn və yeni ekonomik mühərrik ilə təchiz olunmuş NAZ-LİFAN 650 (NAZ-LİFAN 620-II) modeli və krosover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan yenilənmiş mühərriklə təchiz olunmuş NAZ-LİFAN X60 modeli istehsal olunur".

Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə, bəzi ehtiyat hissələrinin respublikada istehsal olunması planlaşdırılır.

Tarix
2018.10.03 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla