Yuxarı

Sürücüsüz avtomobillər belə bir problem yarada bilər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobil sənayesinin yeni trendləri sırasında olan sürücüsüz avtomobillər gələcəkdə nəqliyyatın müntəzəm hərəkətini təmin etməli və daha az tıxacların yaranmasına gətirib çıxarmalıdırlar. Lakin avstriyalı tədqiqatçıların apardığı simulyasiyalar bu məqsədin tam əks nəticə vermə ehtimalını ortaya çıxarıb.

Axar.az xəbər verir ki, Vyana Texniki Universitetinin Nəqliyyat elmləri institutunun bir qrup tədqiqatçısı 15 ildən artıqdır ki, nəqliyyat simulyasiyaları modelləri üzərində çalışırlar. Müasir tendensiyalar əsasında hazırlanmış modeldə 2030-cu ilədək nəqliyyat sistemində sürücüsüz avtomobillərin sürücülər tərəfindən idarə edilən avtomobillərdən sayca çox olacağı proqnozlaşdırılıb. Çünki sürücülük vəsiqəsi olmayan və ya bundan məhrum olan, avtomobil sürmək istəməyən və ya yetkinlik yaşına çatmayan şəxslər sürücüsüz avtomobildən istifadə etmək imkanı əldə edə biləcəklər. Belə olduğu təqdirdə alimlər müəyyən ediblər ki, nizamlayıcı tədbirlər görülməyəcəyi təqdirdə, ictimai nəqliyyatdan daha az istifadə edilməsi və nəqliyyat sistemindəki avtomobillərin sayının artması baş verə bilər. Bu isə öz növbəsində ictimai nəqliyyatın cəlbediciliyini aşağı sala, nəqliyyatda tıxacları çoxalda bilər.

Alimlər bu ilin sonunadək Vyana nümunəsi əsasında öz konkret təkliflərini hazırlayaraq ictimaiyyətə təqdim edəcəklər. Layihənin məqsədi avtomobil dünyasının diqqətini ictimai nəqliyyat, müasir texnoloji imkanlar, nəqliyyat tıxacları və təhlükəsizlik məsələlərinə yönəltməkdir.

Tarix
2018.10.17 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla