Yuxarı

Azərbaycanda ilk: maşınların onlayn hərracı...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq.

Bunu Trend-ə “Audatex Azerbaijan” şirkətinin rəhbəri Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, şirkət 29 ölkədə fəaliyyət göstərən “Avtoonlayn” (“Autoonline”) nəqliyyat vasitələrinin hərracı sisteminə qoşulacaq:

“Bu, qapalı hərracdır. Saytda korporativ müştərilərin və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib fiziki şəxslərin avtomobilləri satışa çıxarılacaq”.

Z.Kərimzadə qeyd edib ki, hərraca sığorta şirkətlərinin avtomobilləri, bankların, eləcə də avtoparkı yeniləmək qərarı almış icarə xidmətlərinin avtomobilləri çıxarılacaq:

“Müştəriləri digər iştirakçılaırn təkliflərini görməyəcək. Və təkliflərdən asılı olaraq satıcı avtomobili satmaq qərarı verir”.

Onlayn hərracın üstünlüklərindən danışan Z.Kərimzadə bildirib ki, bu, ilk növbədə şəffaflığı təmin edəcək.

O, əlavə edib ki, pilot layihə müştərilərin biri ilə işə salınacaq və ilk mərhələdə müxtəlif markalı 15 avtomobil hərraca çıxarılacaq.

Tarix
2018.10.31 / 15:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla