Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2018


Yük və minik maşınları üçün sabah qadağalar başlayır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan etibarən yük avtomobili sürücülərindən tutmuş minik avtomobili idarəedənlərə qədər bir çox sürücünün cərimələnməsinə başlanılacaq.

Axar.az xəbər verir ki, 15 noyabrda yük avtomobillərinin Bakıya giriş qadağasının gücləndirilməsi ilə yanaşı, minik avtomobilinin yan arxa şüşələrində jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti də başa çatır. Bununla da qadağaları pozanlarla bağlı sabahdan müvafiq addım atılacaq.

Sabahdan etibarən Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirməyə start verəcək. Mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və cərimə olunacaq.

Həmçinin qeyd edilən tarixdən sonra avtomobilin yan arxa şüşələrində jalüzlərdən istifadə edən sürücülərin də cərimələnməsinə başlanılacaq.

Həmin tarixdən sonra jalüzlərin istifadəsinə icazə verilmədiyinə görə hər hansı bir sürücü onları açmayıbsa, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə uyğun olaraq 150 manat miqdarında cərimə olunacaq.

Qeyd edək ki, yan arxa şüşələrə jalüzlərə 1 maydan 15 noyabra qədər icazə verilir.

Tarix
2018.11.14 / 13:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Çindən ABŞ-a jest: Sanksiya təxirə salındı

“Toyota” 13 min avtomobili bu ölkədən geri çağırır

Almaniya və ABŞ nəhəngləri birləşir

Bu ölkə Putinin limuzinindən istəyir

Türkiyə Azərbaycana avtomobil ixrac edə bilər

Dizel maşınlarının idxalı dayandırılır? - DGK sədri

Bakıda avtomobillər bahalaşdı

Bu nömrəni alana maşın pulsuz verilir - Maraqlı elan

Bu məşhur avtomobil şirkəti istehsalı azaldır

Yapon və fransız avtonəhəngləri birləşir

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla