Yuxarı

Azərbaycanda ən məşhur axtarış sistemi hansıdır?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalininin ən çox istifadə etdiyi populyar axtarış sisteminin adı bəlli olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, "Qlobal Stats" Analitik şirkətinin təhlillərinə əsasən, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46 faiz bazar payına malik olan Google.az-dır. Digər üç yeri də elə Quqlun rus və türk versiyaları tutub. Belə ki, ikinci yeri bazar payı 6,64 faiz təşkil edən Google.ru, üçüncü yeri isə 5,4 faiz bazar payı ilə Google.com.tr tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə Google.com, 7,09 faizlə Yandex.ru mövqelərini möhkəmləndirib. Sonrakı yerləri Bing və Mail.ru bölüşdürüb.

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer Chrome olub ki, onun bazar payı 28,22 faiz təşkil edib.

Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə Opera, üçüncü yeri Safari tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə Android, 1,56 faizlə isə İnternet Eksploer qərarlaşıb.

Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS) Windows-dur. Hazırda Azərbaycanda Windows 7 ƏS-nin bazar payı 63,01 faiz təşkil edir.

İkinci yeri 13,45 faizlə Windows XP, üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən Android ƏS tutur. Sonrakı yerlərdə Windows 8 və iOS əməliyyat sistemləri bərqərar olub.

Tarix
2014.11.03 / 20:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla