Yuxarı

Sürücülərə şad xəbər: Cərimə azaldılır, bal ləğv olunur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (İXM) ciddi konseptual dəyişikliklər olmasa da, bəzi maraqlı məqamlar da var. Onlardan biri sürücülərlə piyadaların qarşılıqlı münasibəti ilə bağlıdır.

Avtosfer.az-ın məlumatına görə, məlumdur ki, hazırda sürücülərin piyadalar barəsində, daha doğrusu piyada keçidində hərəkətlə bağlı qaydaları pozduğu halda şəraitdən asılı olaraq daha çox İXM-in iki maddəsi ilə inzibati məsuliyyət yarana bilər:

1. Yolayrıcından kənardakı nizamlanmayan (svetoforsuz) piyada keçidində piyadaya yol verməməyə görə sürücülər İXM-in 151-3-cü maddəsi ilə 50 manat cərimə olunurlar;

2. Yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə yolayrıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə olunurlar və onlara 3 cərimə balı yazılır.

Yeni Məcəllə bu qarışıqlığa birdəfəlik son qoyaraq vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutur. Özü də sürücülərin məsuliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirməklə. Belə ki, Məcəllə qüvvəyə minəndən sonra istər yolayrıcında dönərkən, istərsə də yolayrıcından kənarda nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə olunacaq. Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur.

Yeni maddənin ən mühüm özəlliyi isə odur ki, piyadaya yol verməməyin normativ anlayışı nəzərdə tutulur. Bu zaman yol verməmənin klassik anlayışı əsas götürülməklə qeyd olunur ki, sürücünün piyadaya yol verməməsi onun idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini davam etdirəcəyi və ya yenidən hərəkətə başlayacağı təqdirdə piyadanın öz hərəkət sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur olması kimi başa düşülməlidir.

Təvazökarlıqdan uzaq olsa da, bu normativ anlayış illərdir bizim apardığımız təbliğatın və şərhlərin mahiyyətinə uyğundur. Hesab edirik ki, bu yeniliklər qüvvəyə minəndən sonra yollarımızda piyada-sürücü münasibətlərində xeyli aydınlıq yaranacaq. Digər tərəfdən, sürücülərin piyada keçidlərində hərəkətlə bağlı törətdikləri qayda pozuntularına daha obyektiv və ədalətli hüquqi qiymət vermək mümkün olacaq.

Tarix
2016.01.06 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla