Yuxarı

DÇ futbol geyimləri monopoliyada – Fotofakt

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç gün öncə başlayan futbol üzrə Dünya Çempionatı (DÇ) həmişəki kimi maraqlı olması baxımından digərlərindən seçilir. Rəsmi məlumatlara görə, bu çempionatı 3,2 milyard insan izləyəcək.

Axar.az xəbər verir ki, DÇ komandaların tərkibi ilə yanaşı, bir çox başqa xüsusiyyətləri ilə də marağı cəlb edir.

DÇ ilə bağlı maraqlı araşdırmalar aparan "Blumberq" saytı bu dəfə də ciddi mövzuya toxunub. 1 ay ərzində Braziliyada top qovacaq komandaların geyimlərini hazırlayan firmalar haqqında statistik məlumatı nəzərinizə çatdırırıq.

Araşdırmaya əsasən, çempionat ərzində yarışacaq 32 komandanın 27-nin geyimini 3 firma hazırlayır. Dünya brendi hesab edilən "Nayk" ("Nike"), "Adidas" və "Puma" bu bazarı əldə saxlayıb.

"Nayk" hazırda 32 komandadan onunu geyimlə təmin edib. Ötən illərin statistikasına nəzər salsaq, görərik ki, əvvəlki illərdə bu rəqəm daha çox olub. Bu rəqabətdə ikinci yeri "Adidas" tutur. Təxminən 9 ölkə yığması "Adidas"ın, 8 dövlətin komandası isə "Puma"nın hazırladığı geyimi geyinəcək.

ABŞ brendi hesab edilən "Nayk" Avstraliya, Braziliya, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, Niderland, Portuqaliya, Cənubi Koreya və doğma ABŞ-ın futbol komandalarını geyimlə təmin edir.

Argentina, Bosniya və Herseqovina, Kolumbiya, Yaponiya, Meksika, Nigeriya, Rusiya, İspaniya və Almaniya komandalarını elə sonuncu ölkənin ən tanınmış firması olan "Adidas" geyim forması ilə təmin edir.

Futbol komandalarını geyimlə təmin edən Almaniyanın digər bir firması "Puma"dır ki, bu geyim nəhəngi Əlcəzair, Kamerun, Çili, Qana, İtaliya, Fil Dişi Sahili, İsveçrə və Uruqvaya paltar paylayır.

Dünya Çempionatında iştirak edən qalan 5 komanda isə başqa geyim firmaları ilə müqavilə imzalayıb. Cənub qonşumuz İran Almaniyaya məxsus "Uhlsport", Kosta-Rika İtaliyaya məxsus "Lotto", Belçika İsveçrəyə məxsus "Burdda", Honduras İspaniyaya məxsus "Joma Sport" və nəhayət, Ekvador elə öz istehsalı olan "Maraton Sport" (Marathon Sport) firmalarından geyimlə təmin olunacaq.

2013-cü ilin rəsmi statistikasına görə, "Adidas" FİFA-ya 2,4 milyard dollar, "Nayk" isə 1,9 milyard dollar köçürüb.

Tarix
2014.06.15 / 02:12
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla