Yuxarı

Qəbir ziyarətində bu qaydalara riayət etməliyik

Ana səhifə Digər Din
12 Punto 14 Punto 16 Punto 18 Punto

İbrət almaq və axirəti yada salmaq məqsədilə qəbirləri ziyarət etməyə icazə verilir. Bir şərtlə ki, orada olarkən Allahın qəzəbinə gələcək sözlər söylənilməməli, qəbirdə yatan insan çağırılmamalı və Allah başqasından kömək istənilməməlidir. Ziyarət edən şəxs ölümü və ölən şəxsi yada salır. Bilir ki, gedəcəyi yer cənnət, yaxud cəhənnəm ola bilər. Ziyarətdə ən başlıca məqsəd budur.

Axar.az zikr.az-a istinadən bildirir ki, qəbiri ziyarət edən zaman əgər ölmüş şəxs müsəlman olubsa, salam vermək, onun üçün dua etmək, Allahdan onun üçün bağışlanma diləmək lazımdır. Həmçinin bu duanı etmək olar: "Əssələmu aleykum əhlə-d-diyəri minə-l-mu'mininə və muslimin. Va innə in şəə Allahu bikum ləəhiqun. Əsəlullahə lənə va ləkumu-l-afiyətə".

Mənası: "Salam olsun bu diyarın möminlərdən və müsəlmanlardan olan sakinlərinə! İnşallah biz də sizə qovuşacayıq. Allahdan özümüz və sizin üçün sağ-salamatçılıq diləyirik".

Dua edərkən əlləri qaldırmaq olar. Bu barədə Aişəyə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə deyilir: "Rəsulullah (sallallahu aleyhi və səlləm) gecənin birində çıxdı və Bərirəni onun ardınca göndərdim ki, baxıb görsün ki, hara gedir. Aişə (Allah ondan razı olsun) deyir: "Bəqi əl-Ğarqad (Mədinədə qəbiristanlıq) tərəfə getdi, Bəqinin aşağısında durdu və sonra əllərini qaldırdı və sonra dönüb getdi. Bərirə qayıtdı və mənə xəbər verdi. Səhər olunca Peyğəmbərdən bu barədə soruşaraq dedim: "Ya Rəsulallah, gecə hara çıxmışdın?" O dedi: "Dua etmək üçün Bəqi camaatına göndərildim".

Tarix
2016.11.21 / 00:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla