Yuxarı

Kənan M.M Salam Sarvandan oğurluq etdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə, eyham vurmaq qərarına gəldim.

Axar.az xəbər verir ki, bu sözləri Salam Sarvan rejissor Kənan M.M-in yazdığı şeirin onun misralarına bənzərliyi haqda Feysbuk səhifəsində yazıb. O, Kənan M.M-i çağdaş Azərbaycan şairlərini oxumağa çağırıb:

"Bu yaxında Kənan M.M-in çap etdirdiyi şeirdən bir bənd diqqətimi çəkdi:

Bağışla düşüncəm tör-töküntüdü

Xəyallar qoymur ki, gedim uzağa

Demə ki, həsrətin yaman pintidi

Xatirən tökülüb bütün otağa.

Bilmirəm, haqlıyammı, amma mənim "Sənli xatirələr dağılıb evə, bağışla otağım tör-töküntüdü" misralarımla çox mehriban görünür bu bənd. İddia eləmirəm ki, hörmətli Kənan bəy bunu bilərəkdən edib, o, heç bəlkə məni oxumayıb da. Amma görünür, ən azı, Azərbaycan şairlərini oxumaq lazımdır ki, belə "toqquşmalardan" qaça biləsən.

Düzü, heç vaxt belə xırdaçılıqlara getməmişəm. İndiyədək yazdığım şeirlərin ideyasının, ayrı-ayrı bəndlərinin, misralarının mənimsənilməsi (söhbət təsirdən getmir) halları çox olub. Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə, eyham vurmaq qərarına gəldim. Amma yenə də tərəddüddəyəm, bilmirəm, haqlıyammı?"

Müqayisə üçün Salam Sarvanın sözügedən şeirindən həmin bəndi də təqdim edirik:

Gözləməkdən gözüm çuxura düşüb,

gör heç soruşursan, nə çöküntüdü?

Sənli xatirələr dağılıb evə –

bağışla, otağım tör-töküntüdü...

Tarix
2016.10.04 / 11:28
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla