Yuxarı

Mərhum şairin 80 illik yubileyi keçirildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşid Behbudov adına Mahnı Teatrında şair İbrahim Göyçaylının yaradıcılıq gecəsi keçirilib.

Axar.az xəbər verir ki, mərhum şairin 80 illik yubileyinə həsr olunan tədbir Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşkilatçılığı ilə baş tutub. İctimai-siyasi xadimlərlə birgə şairin qələm dostlarının da iştirak etdiyi tədbirdə İbrahim Göyçaylının həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub, sözlərinə bəstələnmiş musiqilər səsləndirilib, şeirləri oxunub.

Gecədə professor Aqşin Babayev, tənqidçi Vaqif Yusifli, professor Şövqi Göyçaylı, şair Oqtay Rza və başqa çıxışçılar İbrahim Göyçaylı ilə bağlı xatirələrini danışıb, şairin yaradıcılığını geniş təhlil edib.

Qeyd edək ki, İbrahim Göyçaylı uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı müvafiq sərəncamla “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən İbrahim Göyçaylı 2007-ci ildə 70 yaşında dünyasını dəyişib.

Tarix
2016.11.26 / 15:23
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla