Yuxarı

Xalq şairi xanımının ad gününü belə təbrik etdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi Sabir Rüstəmxanlı həyat yoldaşı, Azəri-türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını ad günü (28 noyabr) münasibəti ilə sosial şəbəkədə təbrik edib.

Axar.az xəbər verir ki, S.Rüstəmxanlı Tənzilə xanıma həsr etdiyi şeirini bu sözlərlə paylaşıb:

“Çətin ömür yolumın etibarlı yoldaşı, əziz Tənzilə xanım, doğum günün dolayısıyla səni təbrik edirəm. Nə yaxşı ki, bu şerin yazıldığı gündən keçən iyirmi il heç nəyi dəyişə bilməyib; nə səni, nə bu misraları doğuran duyğuları...”

Yaşını demə

(Tənzilənin ad gününə)

Ad günün mübarək sevincim, dərdim,

Bu günə ən gözəl duyğumu verdim,

Sevgim gül-çiçəkdir, yoluna sərdim,

Çiçək yaşındasan, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,

Bəlkə məzarıma soyuq daş gəldin

Nə zaman gəldinsə, mənə xoş gəldin

İstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi axını sənə,

Nə qədər nəğməm var, oxunur sənə,

Gülün ləçəyi də toxunar sənə,

Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,

Məni bəxt atına mindirib bəlkə,

Allah cənnətindən göndərib bəlkə,

Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır, səndən hər soraq,

Ruhumu dincəldir bu ev, bu otaq,

Sirrimi oxuyan, dərdimə ortaq,

Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa ilin fərqi yox,

Könlüm sənindirsə, dilin fərqi yox,

Sinəmdə, sinəndə, gəlin, fərqi yox,

Ürək yaşındasan, yaşını demə!

28 noyabr 1996.

Tarix
2016.11.29 / 11:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla