Yuxarı

Avtobuslar xiyabanı tərsinə getməyəcək

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Şeyxpur 1982-ci ildə Miyana şəhərində anadan olub. Müəllifin 2014-cü ildə “Dünya durduğum yerdə qurtarır” adlı ilk şeir kitabı işıq üzü görüb. O, türkiyəli şair Yılmaz Odabaşının şeirlərini Azərbaycan türkcəsinə uyğunlaşdırıb və “Biləklərimdə bayat bir intihar” adı ilə Tehranda nəşr etdirib. Hazırda şairin “Gözlərinə davam et” adlı kitabı nəşrə hazırlanır.

Axar.az Mustafa Şeyxpurun şeirlərini təqdim edir:

TABLOLARDA SEVGİ

Üçüncü şeirimi divara asdılar
Sən yoxuydun o zaman
Bir savaş sonrasıydı bəlkə
Pəncərələrdən köçürdü məna
Qapılarda susurdu salam
Birinci dəfə orda öldüm

Barışmaq istəmirdim özümlə
Səni yalnız buraxmışdım
Dodaqlarında bir öpüş susmuşdu
Gözlərində bir şeir göyərmişdi
Mən yazmırdım onları
Üçüncü şeirim idi oysa
Tablolarda dururdu

Birinci şeirim doğulmadı,
abort etdi anası
Mənim dodaqlarım zəncirə vuruldu
Sənin gülüşlərindən muzeylər doğuldu
Tablolarda gülümsədin,
hər kəs sevdi
İkinci ölümüm gülüşlərindən başlandı

İkinci şeirimi qurban etdim
bir payız axşamına
Bütün şeirlər bitincə yazılmışdı
Bütün haraylar susunca doğulmuşdu
Sən gedincə gəlmişdi
Gecikmişdi... gecikmişdi

Üçüncü dəfə öldüm
Bir şairin son ölümü olar intihar
Hər şeirin doğuluşu qədər acı

Səndən sonra
üçüncü şeirimi divara asdılar
Mən susdum
Barış ödüllərinə dönsə də, edam çəmbəri
Nəm neçə ulduzlu otellərə çevrilsə də, zindanlar
Acı gülüşlərini sevsələr də, turistlər
Səndən sonra
Yetim qalmış şeirlərin dünyasını kim sevəcək?
Zindan divarlarında silinməyən adları kim oxuyacaq?
Kim güləcək güllələrə?

Hər dəfə ölsə də, şairlər, nə fayda
Hər ölümdən şeir doğulursa,
Sevgilərdən şeir qoxusu gəlməyəcək
Hər dönə tanınmayan ünvanlar veriləcək taksilərə
Avtobuslar xiyabanı tərsinə getməyəcək

Bir mən dayanacağam bu dayanacaqda
Bir mən susacağam
Bir mən öləcəyəm
Bilinməyən ünvanlarda...

GÖZLƏRİNƏ DAVAM ET

Gözlərinə davam et
alt xiyabanda gözləyən biri var
gözlərinə davam et, sevgilim
röyalarımın qapısında dayan, bəzən
sərçələrimi uçurt
yarpaqlarımı tök
payız ol, qış ol
telefon simləri daha əvvəlki kimi deyil
pəncərə bağçaya açılmır, baxma
və sən görünmürsən o tərəfdə
istər yağışda, istər günəşdə
yollar daha əvvəlki kimi deyil

Röyalarımdan keçərdi gözlərin
sevgi ilə sevgilim
röyalarıma turşu səpmə
gözlərinə davam et...

Tarix
2016.11.30 / 01:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla