Yuxarı

Altımda çarpayı zarıyırdı... - 81 yaşlı xalq şairi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az xalq şairi Fikrət Qocanın “Mən ölümü yaşamışam” adlı yeni şeirini təqdim edir:

Çəkin itir,

ya yavaş-yavaş,

ya da qəfil.

Ölüm budur

ya da qəfil!

Milyon-milyon

zərrələrə parçalanırsan,

səpilirsən,

dağılırsan,

səssiz, səmirsiz,

sənsiz qalırsan.

Özünü tapa bilmirsən,

ölmürsən, dirilmirsən.

Qalırsan çəkisizlikdə

kimsəsizlikdə.

Burda bir iş yoxdu

sizlik, bizlik də...

Zaman, içindən

keçib gedir, bilmirsən.

Ağlamırsan,

gülmürsən.

Qısqanclığın,

aclığın,

toxluğun yoxdu.

Zamanla getmirsən

Varlığın, yoxluğun - yoxdu!

Zaman il idi, ay idi bilmədim

Keçdi an kimi.

Zərrələrim qayıtdı.

Beçə verən bal arısı

şahının üstünə yığılan kimi.

Qayıtdı ağrım, acım,

gözümü açdım,

başımın üstündə xanımım,

övladım, bacım.

Qayıtdı qayğılarım, dərdim, çəkim.

Altımda çarpayı zarıyırdı.

Başımın üstündə

gülümsünürdü həkim.

Həkimə razılığımı bildirdim başla...

Ürəyimdə özümə dedim,

“ay yazıq, indi gəl,

hər şeyi təzədən başla...”

Tarix
2016.12.09 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla